Azərbaycan Universitetində XII Daxili Şahmat Turniri keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XII Daxili Şahmat Turniri keçirilib. “Blts sistem” üzrə keçirilən yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.

Turnirdə iştirak edən 16 tələbə fərdi şəkildə mübarizə aparıb. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı mübarizə, eyni zamanda gərgin rəqabət ilə yadda qalıb.

Turnirin nəticələrinə əsasən Humanitar və sosial elmlər fakültəsinin Politologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Üzeyir Kərimov birinci, Dövlət və ictimai münasibətlər ixtisasının II kurs tələbəsi Nail Abdullayev ikinci yerdə qərarlaşıblar. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayşən Musayeva isə üçüncü yeri tutub.

Qaliblər kubok və sertifikatla mükafatlandırılıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi