Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundunu keçirib.

Sabahinfo.az xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.

Peru nümayəndə heyətinə məsləhətləşmələrdə XİN başçısının müavini Feliks Deneqri rəhbərlik edib.