"Azərbaycanda atom bombasından başqa hər şey var".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Spiker bildirib ki, Ermənistan silahlanaraq hücum etmək planları yoxdur: "Mən rəsmən bəyan etmək istəyirəm ki, Ermənistanın heç bir ölkəyə hücum etmək niyyəti yoxdur, Azərbaycanın milyardlarla dollara alınmış silah-sursatına beynəlxalq ictimaiyyət diqqət yetirməli və sual verməlidir ki, Azərbaycana bu qədər silah nəyə lazımdır?"