"Azərbaycanda böyük özəlləşdirilməyə getmək lazımdır" - Deputat

"Biz çalışmalıyıq ki, iqtisadiyyatın həcmi böyüsün. Həmçinin, ciddi rəqabət mühiti yaradılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanda mütləq böyük özəlləşdirilməyə getmək lazımdır.