Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı AÇIQLANDI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatları açıqlayıb. 

Oxu.Az xəbər verir ki, statistikaya əsasən, 15 il ərzində Azərbaycan bu zəmində 4248 cinayət faktı qeydə alınıb. 

Bu cinayətlərdən 1496-sı insan alveri, 48-i məcburi əmək, 170-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlıdır.

Bundan başqa, insan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə ilə bağlı dörd fakt aşkarlanıb.