Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-i keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib. 10 533 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, bu günə qədər isə ümumilikdə 6 081 949 test aparılıb.