Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyi qeyd olundu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyi qeyd olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, Yasamal rayon Heydər Əliyev Mərkəzi və “Carçı” jurnalının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyi və “Carçı” jurnalının xüsusi buraxılışının təqdimatı keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı. O, Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolunun danılmaz olduğunu bildirdi.
Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında jurnalın Mehriban Əliyevanın 60 illik yubileyi ilə əlaqədar xüsusi buraxılışında əməyi keçən, məqalələri dərc olunan hər kəsə öz təşəkkürünü bildirdi. G.Əmirquliyeva Mehriban Əliyevanın yolu ilə getdiyini, daima ondan öyrəndiyini, örnək götürdüyünü qeyd etdi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini vurğuladı. Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq, xeyirxahlıq və humanizm nümayiş etdirir.
Azərbaycanın Xalq artisti Əli Nur Mehriban xanım Əliyeva ilə S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında baş tutan ilk tanışlığından danışdı, xatirələrini bölüşdü.
Marina Health Azərbaycanın baş direktoru Elçin Hüseynov jurnalın xüsusi buraxılışı münasibətilə redaksiya heyətini təbrik etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin prezidenti Tofiq Əlizadə Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə əlaqədar təbriklərini çatdırdı və qeyd etdi ki, Azərbaycanın tarixi və mədəni irsinə, mədəniyyətinə biganə qalmayan hər bir kəs Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.
“Dədə Qorqud” MilliFondununyaradıcısı və prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov “Carçı” jurnalının baş redaktorunu təbrik etdi, ona Fondun “Qızıl ürək” ordenini təqdim etdi.
Tanınmış jurnalist, Əməkdar müəllim Qətibə Məmmədovaçıxışında qeyd etdi ki,Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır.
“Dədə Qorqud” Milli Fondunun əməkdaşı Altay Babaşov Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlığı haqqında çıxış etdi.
Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova tədbirə dəvətə görə minnətdarlığını bildirdi və öz xoş arzularını çatdırdı.
Şair Aytəkin Mehmanqızı Mehriban xanım Əliyevanın nə qədər zərif, kövrək qəlbə malik olduğunu vurğuladı. Azərbaycanın rifahı naminə gördüyü işlərdən danışdı.
BDU-nun dosenti Vüsalə Dadaşova çıxış edərək bildirdi ki, Mehriban xanım Əliyevanın bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib.
Dünya Azərbaycanlılarının Mədəniyyət MərkəzininBirincivitse-prezidenti Ruhiyyə Poladova jurnalın redaksiya heyətinə uğurlar arzuladı.
Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Mehriban xanım Əliyevanın nəcib işlərindən danışdı.
“Tərəqqi” medallı Əməkdar müəllim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin eksperti Nəzakət Əhmədova “Carçı” jurnalının Laçında təqdimatının baş tutduğunu vurğuladı və jurnalda əməyi keçən hər kəsə yaradıcılıq uğurları arzuladı.
İctimai fəal Əli Yunusov çıxışında bildirdi ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Daha sonra o, “Carçı” jurnalının redaksiya heyətini təbrik etdi.
“Neft daşları” qəzetinin əməkdaşı, “Carçı” jurnalının ilk təsisçisi Bəhruz Məmmədov jurnalın ilk təsis olunması haqqında danışdı və hər bir əməkdaşa uğurlar arzuladı.
“Ana Vətən” Partiyasında Qadınlar Şurasının sədri İntizar Xanməmmədova, informator Kamandar Əliyev dəvətə görə tədbir təşkilatçılarına təşəkkürünü bildirmiş, xoş arzularını dilə gətirmişdilər.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxışında qeyd etdi ki, Mehriban xanım Əliyeva qayğıkeş ana, nəcib insan, hətta səngərlərdən səsi gələn mərd qadındır. O, türk qadınının streotipidir.
Yasamal rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova ölkənin birinci xanımı dünyanın müxtəlif ölkələrində humanitar və sosial layihələrin dəstəklənməsinə, eləcə də dünya irsinin qorunmasına, mədəniyyət və incəsənətimizin dünyada təbliğinə və tarixi abidələrin bərpasına da mühüm töhfələr verir. Onun yolu hər birimiz üçün örnəkdir. O, “Carçı” jurnalının yaradıcı heyətinə də uğurlar arzuladı.
Tədbirdə Azərbaycanın Xalq artisti Əli Nur, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi, Zülfiyyə Eldarqızı, şairlər Aytəkin Mehmanqızı, Qadir Hüseynov, Məhərrəm Məhərrəmov, Aytən Qurbanova ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş yeni bayatı və şeirlər söylədilər.
Tədbirin bədii hissəsində Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin 9-cu sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı, 3 dəfə respublika birincisi Əli İbrahimli “Ey Vətən” və “Odlar Yurdu” mahnılarını ifa etdi. Beynəlxalq və respublika müsabiqələr laureatı xanəndə Maya Cəbrayılova muğamımıza, incəsənətimizə verdiyi dəyərə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Cəbrayılova “Mehriban olaq” mahnısını ifa etdi.
Tədbirdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya həsr olunan videoçarxlar nümayiş olundu.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına 2 №-li kitabxana filialı da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyevanın 60 illik yubileyi ilə əlaqədar “Mehribanlı gələcək – 60”adlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq, Mehriban Əliyevanın fəaliyyətindən danışdı. O bildirdi ki, Mehriban Əliyeva dünya mədəniyyətinə, habelə Azərbaycan mədəni irsinin qorunması və təbliğinə öz töhfələrini verir.
Tədbirdə yazıçı-şair, publisist “Ay işığı” ədəbi məclisinin üzvü Sevinc Ağa Xəlilqızı, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə, “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Yasamal rayonunun Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva və redaktor müavini Nəzakət Əhmədova, ictimai xadim Əli Yunusov, AYB və AJB-nın üzvü,ictimai xadim Aygün Hüseyn və yazıçı-jurnalist “Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva iştirak etdilər.
AYB və AJB-nın üzvü,ictimai xadim Aygün Hüseynin qələmə aldığı “Ömrümün Vətən Nəğməsi” kitabını kitabxanaya hədiyyə etdi. Bu kitabda M.Əliyevaya həsr olunmuş “Mehriban işığı” adlı poeması yazıçı tərəfindən səsləndirildi.
Tədbirdə nümayiş olunan videoçarxlarla aşağıdakı linklərə keçid alaraq tanış olmaq olar:
https://www.youtube.com/watch?v=a8m9kISSyWw
https://www.youtube.com/watch?v=_9DD_Y6NLgc