"Azərbaycanın gələcəyinə səs verək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynov Səngəçal qəsəbəsində seçicilərlə görüşüb.

 

A.Hüseynov əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasından danışıb. O bildirib ki, əməkhaqqı, pensiya və müavinətlərin artırılması siyasətinin davam etdirilməsi, sosial infrastruktur quruculuğunun diqqət mərkəzində saxlanılması, özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək göstərilməsi əsas hədəflər sırasında yer alır.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Azərbaycanın gələcəyinə - ən layiqli namizədə səs verməyə çağırıb.

Qəsəbə sakinləri də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.