Pakistanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır.
Trend-in məlumatına görə, bunu Pakistan prezidenti Arif Alvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
O, həmçinin qeyd edib ki, Pakistan Azərbaycanla ümumi dini, tarixi və mədəni əlaqələrə əsaslanan münasibətlərini yüksək qiymətləndirir.
A.Alvi Azərbaycan hökuməti və xalqını ərazilərin işğaldan azad edilməsi münasibəti ilə təbrik edib və Pakistanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib edib.
Pakistan prezidenti ümidvar olduğunu bildirib ki, Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün uğurla başa çatması üç qardaş ölkə arasında üçtərəfli əlaqələrin inkişafına təkan verəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq.