Ermənistanı Laçın dəhlizinə birləşdirən yeni Kornidzor-Teğ avtomobil yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın dəhlizinə gedən marşrutda dəyişiklik olacaq, bunun nəticəsində Laçın dəhlizinin 12 km-lik hissəsi mühafizə olunacaq. Ermənistan-Azərbaycan sərhədi Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürüləcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 6-da hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla sərhədin 7 km-də yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 km-də kartoqraflar işləyir.
"Ümid edirəm ki, yerləşmə məntəqələrinin tənzimlənməsi konstruktiv şəraitdə həyata keçiriləcək. Bu qeyri-sabit və qeyri-müəyyən qlobal mühitdə regional vəziyyəti partlatmaqda maraqlı olan qüvvələrə xərac verməmək üçün bizə güclü təmkin lazımdır. Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti yorulmadan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir”, - deyə o vurğulayıb.