Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsi məqsədi ilə Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq və imzalamaq üçün siyasi iradəsini bir daha təsdiqləyib.
Sabahinfo.az xəbər verir ki, XİN rəhbəri bu barədə "X" səhifəsində yazıb.
O, ABŞ dövlət katibi Entoni Blinkenə Vaşinqtonda üçtərəfli görüşün təşkilinə görə təşəkkür edib.
Tərəflər sülhün və dövlətlərarası münasibətlərin bərqərar olunmasına dair tarixi sazişin bağlanması istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişləri qeyd ediblər və işi davam etdirmək barədə razılığa gəliblər.