"Biz çalışırıq ki, sivilizasiyalararası, mədəniyyətlərarası proseslərə daha çox töhfə verək. İnsanları bir-birlərindən ayrımaq lazım deyil. Bütün bunlar da sülhə dayanır. Beynəlxalq ictimaiyyət multikulturalizmə dəstək verir”.
"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentiİlham ƏliyevBirləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Prezident qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub:
"Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu illər ərzində özümüzü tərəfdaş təqdim edə bildik. Müstəqillik illəri dəyişiklik illəri idi. Hazırda Azərbaycanda din, mətbuat, ifadə azadlığı var”.