"BBC-nin məlumatına görə, müharibədən qaçaraq Ermənistana pənah gətirən 15 mindən artıq Suriya ermənisi Dağlıq Qarabağda məskunlaşıb”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter” səhifəsində qeyd edib.
PA rəsmisi daha sonra bildirib: "Rusiyada bu gün 3 milyon erməni yaşayır, Ermənistanda isə heç 3 min də yoxdur. Bu qardaşlıqdan özünüz nəticə çıxarın”
Qeyd edək ki, BBC-nin əməkdaşı Reda El Mavi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir. Reportajda qeyd olunur ki, Suriya erməniləri Dağlıq Qarabağda müharibənin ağır şərtləri altında yaşamaq məcburiyyətindədirlər.