Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Şuranın 5 aprel mitinqi barədə "Olaylar”a danışıb. MMP-nin bir sıra üzvləriylə mitinqdə iştirak etdiyini deyən H.Hacıyev nümayişdən müəyyən nəticələrə gəldiyini vurğulayıb: "Mitinqdə iştirak etmək üçün xüsusi maska geyinmişdim. Bir neçə jurnalist məni tanıdı. Milli Şura və AXCP-nin dağıdıcı fəaliyyətinin qarşısı alınmalıdı. İçimizdə olan düşmənlər dövlətçiliyə qarşı aktivləşiblər. Həmin qüvvələrə erməni diasporasının dəstəyi var. Mitinqi təşkil edənlərin ermənilərlə əlaqələri genişdir. Onlara Azərbaycanda siyasi sabitliyi pozmaq üçün kənardan pullar ayrılıb. 5 aprel nümayişində də bunun şahidi olduq. Mitinqə nə qədər adamın gəlməsinin o qədər önəmi yoxdur, əsas odur ki, bu insanlar Azərbaycana qənim kəsiliblər. Onlar xalqın hissləriylə oynayırlar. Mitinqi doğru qərar çıxarmaq üçün izləmişəm. Monitorinq apardıq. Məsələ partiyanın İdarə Heyətinin aprelin 7-də keçiriləcək iclasında müzakirə olunacaq. Verəcəyimiz qərar ondan ibarət olacaq ki, insanlar üzərində ciddi işləməliyik. Müstəqilliyimizin qorunması üçün ciddi addımlar atılmalıdır. Mitinqdə Qərb dövlətlərinin Azərbaycandakı səfirlərinin nümayəndələri də iştirak edirdilər. Onları tanıyıram. Çox sevincək idilər. Əli Kərimli Azərbaycan xalqına qənim kəsilmiş bir adamdır. Cəmil Həsənli də onun kimi. Onların dövlətçilik əleyhinə yönəlmiş fəaliyyətlərinə qarşı əks hücuma keçməliyik”