Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə ermənilərin ölümü ilə nəticələnən hadisələrin "soyqırımı" olduğunu bildirib.
Almaniya hökuməti indiyə qədər "soyqırımı" sözünü işlətməkdən ehtiyat edirdi.
Yoahim Qauk paytaxt Berlində qondarma erməni "soyqırımı" ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı "soyqırımı" ifadəsini işlədib.
"Ermənilərin taleyi kütləvi qırğınlara misal göstərilə biləcək tarixi hadisə, etnik təmizləmə, sürgün və "soyqırımı"dır. Bu hadisə 20-ci əsrin dəhşətli hadisələrindən biridir. Bu hadisəyə görə, sadəcə, kədərlənmək, planlaşdırılmış şəkildə öldürülən bu insanların yasını tutmaq olar”.
Bu gün Almaniya parlamentində də 1915-ci il hadisələrinə tarixi qiymət verilməsinə dair debat keçiriləcək.