Avropada təhlükəsizliyə nail olmaq üçün dialoq, əməkdaşlıq və qarşılıqlı etimad lazımdır. Bu barədə Almaniya Kansleri Angela Merkelin Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın iştirakçılarına ünvanladığı müraciətində deyilir.
Müraciətdə bildirilir ki, Almaniya tərəfdaşları ilə birlikdə Avropada öz dəyərlərini və dünya nizamını həmişə qoruyur.
Sənəddə qeyd edilir ki, Ümumdünya İnsan Haqları Bəyannaməsi 1948-ci ildə qəbul edilib, lakin indiyədək onun bütün prinsiplərinə riayət edilmir.
Müraciətdə deyilir: "Bu o deməkdir ki, biz hələ çox işlər görməliyik".
Sənəddə həmçinin vurğulanır ki, Almaniya intensiv dialoq yolu ilə yeni dünya nizamının inkişafında iştirak etməyə hazırdır.
Almaniya Kansleri müraciətində forum iştirakçılarına ən xoş arzularını da çatdırıb.