"Mənim ata kəndim də dağılıb, ana kəndim də. Gedib o kəndləri çəksinlər, camaatı göstərsinlər”
Məlum olduğu kimi, təmas xəttində vəziyyətin gərginləşməsiylə ölkənin tanınmış ictimai-siyasi, həmçinin şou biznes nümayəndələri cəbhəyə üz tutublar. Əsasən də, şou əhli ön xəttə gedərək, əlinə silah alıb şəkillər çəkdirərək, sosial şəbəkələr vasitəsilə yayırlar. Müdafiə Nazirliyi bununla bağlı sosial şəbəkə istifadəçilərinə (həmçinin şou əhlinə) müraciət edərək, həmin görüntülərin silinməsi çağırışını edib. Lakin heç kim bu çağırışa əməl etmir.
Bu gün isə sözügedən məsələ Milli Məclisin plenar iclasından müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov sosial şəbəkə istifadəçilərini foto və video yayarkən ehtiyatlı olmağa çağırıb.
Məsələ ilə bağlı ANS televiziyası da geniş süjet yayımlayıb. Süjetdə Müdafiə Nazirliyinin həmin çağırışı etməkdə gecikdiyi vurğulanıb, həmçinin nazirliyin silinməli olduğunu dediyi görüntülər yenidən əks olunub. Bundan əlavə şou əhli, həmçinin cəbhəyə üz tutan deputatlar tənqid olunub. Bildirilib ki, cəbhədə döyüşən əsgərlər bilmirlər ki, torpaqları qorusunlar, yoxsa gələn-gedəni qarşılayıb yola salsınlar.
AzNews.az-ın əməkdaşı məsələylə bağlı cəbhə bölgəsinə daha çox üz tutan, Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbasın fikirlərini öyrənib. Deputat hesab edir ki, Müdafiə Nazirliyi ön cəbhəyə giriş-çıxışla bağlı yumşaqlıq nümayiş etdirir: "Ortada bir həqiqət var ki, hər yerindən duran səngərə, cəbhə xəttinə gedə bilməz. Bu, düzgün deyil.Çoxu ora şəkil çəkdirməyə, reklam olunmağa gedir. Bir müğənninin ön xəttə nə işi ola bilər ki? Müdafiə Nazirliyi bu məsələyə ciddi yanaşmalıdır. Ön cəbhəyə hər adam buraxılmamalıdır. Nəzarəti gücləndirsələr, o zaman problem də yaranmaz.
Müğənnilər cəbhəyə getmək istəyirlərsə, lap yaxşı. Getsinlər arxa cəbhədə konsert versinlər, əsgər də gəlsin dinləsin.
Buna heç kim qarışmır. Amma bu, yalnız arxa cəbhədə olmalıdır. Ora şairi də getsin, yazıçısı da. Lakin birbaşa döyüş olan yerlərə getməyi mən də düzgün hesab etmirəm”.
A.Abbas deputatların cəbhəyə az qala reklam üçün yollanması ittihamlarına da cavab verib:"Mən özüm Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm.Gedirəm ön cəbhəyə, əsgərlərlə maraqlanıram, onlarla yemək yeyirəm. Baxıram ki, bir problemləri varmı.Lakin mən hər hansı problem görsəm, onu gəlib mətbuata çıxarmaram. İctimailəşdirmərəm. Çünki bu, Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid məsələdir. Onlara deməklə, problemi həll edə bilərik.Bundan əlavə, səngərdəki əsgərlər deputatları görəndə, o qədər ürəklənirlər ki...
Şəkil məsələsiylə bağlı isə bir məsələni qeyd edim. Bir dəfə mənim də ön cəbhədən şəklim yayılmışdı. Mənim köməkçim icazəm olmadan şəklimi çəkib, məndən xəbərsiz bizim qəzetə göndərib. Onlar da məndən xəbərsiz sayta qoymuşdular. Onda qəzəblənmişdim ki, mən bura şəkil çəkdirməyə gəlməmişəm.
Bundan başqa, ön xəttə gedənlərin əksəriyyəti məşhur deputatlardır. Ona görə də, belə reklama ehtiyacları yoxdur.Mən də istəyərəm ki, gedən şəxslər şəkil çəkdirib paylaşmasın”.
A.Abbas xarici jurnalistlərin ön cəbhəyə aparılmasını da məqbul hesab etmədiyini deyib:"Müdafiə Nazirliyi məlumat yayır ki, ön cəbhədən çəkilmiş şəkillər paylaşılmasın, yığışdırılsın. Lakin bu çağırış özünü doğrultmur. Hər bir halda isə MN bu məsələdə haqlıdır.Lakin xarici jurnalist gəlibsə, onu niyə ön cəbhəyə, işğaldan azad edilmiş ərazilərə aparırlar? Xarici jurnalistləri aparıb dağıdılmış, yandırılmış evləri, yaralanmış insanları göstərmək lazımdır. Azad olunmuş ərazilərə buraxmaq olmaz. Müdafiə Nazirliyi buna diqqət etməlidir. Əl-Cəzirənin nə işi var cəbhənin ön xəttində? Onların kimə qulluq etdiyini, kimin layihəsi olduğunu bilirik axı... Aparırlar işğaldan azad olunmuş yerlərə, onlar da guya canıyananlıq edirlər. Lakin hamımız bilirik ki, bunlar, saxta canıyananlıqdır və məqsədləri də başqadır.
Arxa cəbhədə o qədər göstərilməli, dünya ictimaiyyətinə çatdırılmalı şeylər var ki... Mənim ata kəndim də dağılıb, ana kəndim də. Gedib o kəndləri çəksinlər, camaatı göstərsinlər”.
Aqil Abbas cəbhədəki əsgərlərə azuqə yığıb aparan şəxslərə də səslənib:"Əsgərlər üçün yardımlar yığılır, corab, siqaret və s. azuqələr aparmaq istəyirlər. Yardım aparan adamlara demək lazımdır ki, sən kimsən əsgərə azuqə aparırsan? Əsgərin sənin ərzağına ehtiyacımı var?
Dövlət əsgərini hər şeylə təmin edir. Azərbaycan əsgərinə verilən yemək yüksək sanatoriyalardakı yeməklərdən 2 dəfə yaxşıdır. Onların heç bir şeyə ehtiyacı yoxdur. Bundan əlavə, orada dükan da var. Əsgərə lazım olsa, özü ala bilər. Bunların qabağını almaq lazımdır”.