AŞPA-da Azərbaycan müzakirə ediləcək

Mayın 23-də AŞPA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirə keçiriləcək.


Komitənin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 5-9 aprel tarixlərində Azərbaycana faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış edəcək.

Xatırladaq ki, S. Şennak Azərbaycan üzrə həmməruzəçi vəzifəsinə ötən il dekabrın 9-da təyin olunub.(APA)