Avtoxuliqan həbs edildi

Bakıda daha bir avtoxuliqan həbs edildi.


Bakı şəhər Baş Polis İdarəsindən bildirib ki, Pirallahl RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 17-də saat 15:40 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş Kamil oğlu Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.


Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.