Aydan Həsənzadə: "Bu yaxında möhtəşəm filmlə tamaşaçıları sevindirəcəm"

Populyar aktirisa Aydan Həsənzadə saytımıza bir sıra sənət yeniliklərindən bəhs edib.

Sabahinfo.az xəbər verir ki, "Mən hər zaman vurğulamışam ki,arzuları məqsədə çevirirəm bu ildə növbəti məqsədimə doğru çatdım. Artıq mən Mədəniyyət və İncəsənət universitetinin teatr və rejisorluğu fakultəsinə qəbul oldum.Daimi tamaşaçılarıma bildirim ki, onların qarşısına bir çox yeniliklərlə çıxacam. Bu yaxında çox möhtəşəm filmə dəvət almışam hələlik filmin açıqlanmasına icazə olmadığı üçün bu haqda ətraflı bəhs edə bilmirəm.Hamının marağında olan imtahanda mənim obrazım üçün böyük yeniliklər baş verəcək ki,artıq efirə gedən bölümlərdən bilinir ki,çox ağır səhnələrdir.Eyni zamanda digər obrazların həyatlarında maraqlı hadisələr baş verəcək."