Azərbaycanda yeni institutlar yaradıldı

Baş nazir Artur Rasizadə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı qərar verib.


Qərarla Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb

Bundan başqa, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qərarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılması da öz əksini tapıb.