Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.


Sabahinfo.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxt sakini, 1989-cu il təvəllüdlü Həsənov Nadim Nadir oğlu çənəsindən aldığı xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, ilkin ifadəsində yıxıldığı üçün çənəsindən xəsarət aldığını bildirib.

Araşdırmalar nəticəsində məlum olub ki, əslində N.Həsənov Xətai rayoinu Ə.Salmanov küçəsi 5/7 ünvanının qarşısında həmyaşıdı, Dadaşov Elham Rafael oğlu tərəfindən xuliqanlıq zəmində bıçaqlanıb.

Araşdırmalar davam etdirilir.