Bakıda gənc oğlanlar qadını soydu

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Sabahinfo.az-a verilən məlumata görə, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də saat 21 radələrində, S.Axundov küçəsində Gəncə şəhər sakini Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər - Neftçala rayon sakini 1993-cü il təvəllüdlü İsmət Süleyman oğlu Abbasov və Ağsu rayon sakini 1994-cü il təvəllüdlü Röyal Qədir oğlu Mehdiyev tutulub.

Araşdırmalar aparılır.