Bakıda makler külli miqdarda pulu mənimsədi

Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxsin əməlləri ilə bağlı polisə müraciət daxil olub.Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1971-ci il təvəllüdlü Əliyev Rüfət İlham oğlu makler kimi tanıdığı Ceyhun Tağıyevə keçən ilin oktyabr ayında 7500 manat pul verdiyini bildirib. Şikayətçi qeyd edib ki, pulu verməkdə məqsədi özünə məxsus olan və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin sənədlərinin hazırlanması və satışının təşkil edilməsi ilə bağlı olub. Lakin C.Tağıyev hər hansı bir iş görməyib və pulu mənimsəyib.

Araşdırmalar nəticəsində məlum olub ki, özünü makler kimi təqdim edən şəxs paytaxt sakini, 1975-ci il təvəllüdlü Azər Məmmədovdan da Nəsimi rayonundakı evin satışı ilə bağlı 16500 manat alıb və qaytarmayıb.

Araşdırmalar davam etdirilir.