Ağdaş rayon sakininin Bakıda fahişəliklə məşğul olması üzə çıxıb.Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Samirə Qurbanovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Məlum olub ki, o, Nəsimi küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edirmiş.