Bolqarıstan XİN rəhbəri Azərbaycana gəlir

Bolqarıstan xarici işlər naziri Daniel Mitov Azərbaycana rəsmi səfərə gəlir.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər mayın 14-dək davam edəcək.

Səfər çərçivəsində D. Mitovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.