Sabirabadda dayısını bıçaqla qətlə yetirən 16 yaşlı yeniyetmə tutulub. Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 1-də Sabirabad rayonunun Yaxa-Dəllək kəndindən kənd sakini Vüqar Hacıyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və oradaca ölüb.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat - axtarış tədbirləri nəticəsində onun bacısı oğlu Cavad Hacıyev tutulub.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.