Ölkənin dəmir yollarında qiymət artımı olacaq.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov deyib.
QSC rəhbərinin sözlərinə görə, hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir.
C.Qurbanov vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq.