Donald Tramp kimlərlə işləyəcəyini açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyanın ilk üzvlərinin adlarını açıqlayıb.

Sabahinfo.az xəbər verir ki, Tramp Ağ Evin yeni apparat rəhbərinin Rayns Pribas olduğunu bəyan edib. R. Pribas hazırda Respublikaçılar partiyasının Milli Komitəsinin rəhbəridir. Ekspertlər bununla da Trampın Respublikaçılar partiyasında onu bəyənməyənlərin də dəstəyini qazanmaq istədiyini düşünürlər.

ABŞ-ın 45-ci Prezidentinin müşaviri isə Stiv Ben olacaq. O, Trampın seçki kompaniyasının siyasi texnoloqu kimi tanınırdı və onun bütün seçki qərargahını idarə edirdi.