Əli Uluxanlı Əlövsət Saldaş haqqında yazdı

Elimin şairi Əlövsət Saldaş, Yazıb-yaradırsan, elə qalandı. Elnarə səsində sözlərin qardaş, Mənimlə vətəni bir an dolandı. Əlövsət müəllim! Heç özüm də bilmədən bir anın içində səliqə-sahmanlı, bir az da "qazlı" gəncliyin gözlərim önünə gəldi. Təzə yazdığın şeirlərinin tarixindən mənə danışar və oxuyardın.Həmin Vətənli günlərimizdən 25-30 ildən artıq vaxt ötsə də, elə sən Kəlbəcərin sal daşlarının çəkisinin cəmi kimi durmaqdasan. Bu duruşundakı məğrurluq, dözümlük ağlının, kamalının hökmü ilə şeirlərinin misralarında muncuq kimi düzüldükcən Kəlbəcər yazarlarının gücünü duyub qürrələnirəm..Öz-özümə;-Şükür ki, varsınız, deyirəm. Sözlərin hikmətli,qələmin yazar, canın sağ olsun.-Hörmətlə Əli Uluxanlı (Abdullayev). Yuxarıda yazdıqlarım cümlələrdən sonra Yusif Hüseyinlə olan məktublaşmanızı oxudum, məni çox təsirləndirdi.Misralarınızda olan vətən ətri,Kəlbəcərlilərə məxsus qonaqpərvərlik, qonağın razı gedib-getməməsi qorxusu, xofu, bu qorxudakı səmimilik hər bir Kəlbəcərli kimi mənim də ürəyimin titrəyişindən əlimdəki qələmi hərəkətə gətirdi.

Zaman ötür, bərk tələsir, Hər görüş bir ziyarətdi. Qərinədi, tufan əsir Bəxtimizə, xəyanətdi.

Dost sırfası, halal çörək, Şair ola kövrək ürək, Əl qaldıra, edə dilək, Deyə ömür əmanətdi.

İki beyin, iki ürək, Misraları kövrək-kövrək, Salam apar sən ey külək, Dözüm vallah dəyanətdi.

Görüşlərə tək getməyin, Bizi beiman etməyin, Adımızdzn xətt çəkməyin, Könül almaq kəramətdi.

Məramınız uca olsun, Kisəniz hikmətlə dolsun, Qoy xəbislər saçın yolsun, Əli o da "səxavətdi."

Şair olmadığımı nəzərə alın. Sizlərə can sağlığı arzulayıram.i. Elimin şair oğlu Əlövsət Saldaş Hörmətlə: Əli Eli Uluxanli Abdullayev. Məni Kəlbəcərli gönlərimə, ötən gəncliyimə qaytardınız Əli müəllim, səmimiyyətinizə və böyüklüyünüzə baş əyirəm.