Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ötən gün Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi, cəbhədəki son hadisələr müzakirə edilib.
Sabahinfo.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Zaqulbadakı prezident iqamətgahında keçirilən görüşdə liderlər regional məsələlər və ölkələrimiz arasındakı münasibətlərə dair fikir mübadiləsi aparıblar.
TANAP başda olmaqla, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Ərdoğan və prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan və Türkiyə "bir millət iki dövlət”dir.