Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər nazirinin sabiq müavini, "Siyasi araşdırmalar mərkəzi” Fondunun direktoru Andrey Fedorov açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq rəsmi İrəvan Azərbaycanla tezliklə danışıqlar masasına oturacaq.
Sarkisyan yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq.
Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı AzNews.azpolitoloq Qabil Hüseynlinin fikirlərini öyrənib. Politoloqun fikrinə görə, Ermənistan prezidenti Serj Sarkisiyanın Dağlıq-Qarabağla bağlı danışıqlardan imtina etməsi haqqında söylədikləri qeyri-səmimi idi: "Çünki bundan bir neçə gün sonra Xarici İşlər naziri Edvard Nalbandyan çıxışında bildirmişdi ki, Ermənistan danışıqlardan imtina edəcək. İndi isə rəsmi sürətdə bildirirlər ki, danışıqlar prosesinə başlamaq niyyətindədirlər. Bunu isə Rusiya xarici işlər nazirinin sabiq müavininin dili ilə deyirlər.Rusiyanın özü də tərəflərin masa arxasında əyləşməsini istəyir. Amerika Dövlət Departamentinin sədri Con Kerrinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarından sonra məsələ daha aktuallaşıb. Rusiya yaxşı başa düşüb ki, artıq prosesə Amerika ciddi surətdə nəzarət edir.Prosesdə hər hansı bir xoşagəlməz hadisənin baş verməsi Rusiya-Amerika münasibətlərini daha da pisləşdirəcək”.
Q.Hüseynli hesab edir ki, danışıqların gündəliyində yenidən 5 rayonun qaytarılması dayanacaq:"Əlbəttə ki, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi də gündəmdə olacaq.Azərbaycan tərəfinin tələbləri 7 rayonun dərhal qaytarılması və ondan neçə il sonra isə Dağlıq-Qarabağın status məsələsidir. Həmin tələblər qalmaqdadır. Amma danışıqlar masasında müəyyən güzəştlər də oluna bilər.Hər halda danışıqlara başlanılsa, Ermənistan əvvəlki illərlə müqayisədə aşağıdan gedəcək. Buna görə danışıqlar mütləq baş tutmalıdır”.