Ermənistanda yerləşən "Metsamor” Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükəyə çevrilib. İstifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən sözügedən AES-lə bağlı Azərbaycan, eləcə də bir çox ölkələr narazılıqlarını bildiriblər. Lakin Ermənistan AES-in fəaliyyətini dayandırmağı düşünmür. Əksinə, Azərbaycanı nüvə silahı ilə hədələyir.
Ermənistandakı AES Türkiyə, Azərbaycan və Gürcüstan üçün də təhlükə mənbəyidir. Çünki bu ölkələrlə Ermənistanın arasındakı məsafə çox yaxındır. Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Badri Natçkebia da "Report”a açıqlamasında deyib ki, Ermənistandakı AES təkcə Azərbaycan və Gürcüstan üçün deyil, əslində, dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bundan başqa bu günlərdə genişmiqyaslı "Stop Metsamor” kampaniyasına başlanılıb. Bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən "Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib.
Məsələ ilə bağlı deputat Zahid Oruc bildirdi ki, hazırkı dönəmdə Azərbaycan, Türkiyə, Gürcüstanın bu məsələdə Ermənistana qarşı birgə fəaliyyəti faydalı olar:"Vaxtilə Ermənistanda AES-in tikilməsi məsələsi gündəmə gəldiyi zaman o zamankı sovet alimləri buna dəfələrlə öz etirazlarını bildirmiş, bölgənin seysmik aktiv zona olduğunu dəlil kimi ortaya qoymuşdular. Lakin o zaman bütün bunlara baxmayaraq, bu və ya digər səbəblərdən həmin obyekt Ermənistanda quruldu. Müstəqillik qazandıqdan sonra Avropa Birliyi buranın gerçək təhlükə olduğunu nəzərə alıb, dəfələrlə Ermənistana müxtəlif enerji mənbələrinə çıxış əldə etməsi üçün külli miqdarda vəsait vəd etmişdi. Məsələn, xatırlayıram ki, həmin rəqəm birlik tərəfindən 100 milyon avroya yaxın bildirilmişdi. Bu vəsait hesabına Ermənistan real olaraq, başqa yanacaq növləri vasitəsi ilə öz ehtiyaclarını ödəyə bilərdi. Lakin onlar buna getmədilər. Köçaryan dövründə bu, ticari bazarlaşma mənbəyinə çevrildi və onlar 1 milyard avro hesabına onu bağlayacaqlarını söyləmişdilər. Ancaq yenə də bunun şahidi olmadıq. İndi isə həmin AES-də qurğular istifadə müddətini başa vurub. Rusiyanın müxtəlif şirkətləri də bəyan ediblər ki, oradakı şüalanma aktivliyi normal göstəricilərdən yuxarıdır. Bununla bağlı Rusiyanın bu sahə üzrə aparıcı mövqedə olan mütəxəssisləri bildirmişdilər ki, zəhərlənmə mənbəyinin ağzını qapatmaq lazımdır. Ermənistan isə yenə buna razı olmadı. Çünki real olaraq silah kimi ondan yararlanmaqdadır. Onsuz da bu ölkə, elektrik enerjisinin 70-75 faizini Rusiyadan alır. Azərbaycanın dəfələrlə bu məsələni beynəlxalq aləmin qarşısında qaldırmağına baxmayaraq, hər hansı bir dəstək görmədik. 1986-cı ildə Çernobıl AES-in dördüncü blokunda baş verən qəza nə qədər böyük fəlakət zonası yaratdı. Ancaq Ermənistana münasibətdə bu yoxdur. Üç ölkənin bu məqamda birləşərək Ermənistan üzərinə getməsi faydalı olardı. Bu, məkanın altına qoyulan bir bombadır və özü boyda qəbiristanlıq yarada bilər”.
Z. Oruc bildirib ki, beynəlxalq dairələrin buna müdaxilə edəcəklərini real saymır:"Çünki müxtəlif ölkələrdə AES-lər var. Ermənilər də ötən dövr ərzində bunu bir neçə dəfə müxtəlif istiqamətlərdə əleyhimizə yönəldiblər. Yeganə yol bu qalır ki, Ermənistan-Azərbaycan arasındakı münaqişə həll olunsun və bundan sonra bəlkə, Azərbaycan öz neft, qaz ehtiyatlarından onlar üçün təklif edər. Müharibə nə qədər ki, davam edir, buna nail olmaq qeyri-mümkündür”.
Z. Oruc Ermənistanın keçmiş baş nazir Qrant Baqratyanın dili ilə Azərbaycanı nüvə silahı təhdidinə də münasibət bildirdi:"Ermənistan belə bir silaha malik deyil. Bunun hazırlanması üçün uzun illər lazımdır. İran kimi xüsusi qırğın silahlarına malik olan bir ölkə, fizika ölkəsi atom reaktorlarının hazırlanmasında yalnız radioaktiv elementlərin kiçik zənginləşməsinə nail ola bildi. Ermənistanın isə nüvə ölkəsinə çevrilməsini biz, ”meymunun əlinə silah verilməsi" kimi qiymətləndirmişdik. Ermənistan arzu edir ki, bu silaha nail olsun. Ancaq onun buna nə potensialı, nə ərazisi, nə də siyasi hədəfləri imkan verməz. Bəlkə də "böyük Ermənistan” amalı ilə bunu düşünürlər. Lakin Azərbaycana qarşı nüvə bombalarını istifadə etmək qeyri-mümkündür. Çünki bu radiusda istənilən kiçik sızmaların, hansı dərəcə şüalanma yaradacağı və bunun ermənilərin özlərini də məhv edəcəyini sübut etmək üçün alim olmağa gərək yoxdur. Bu məsələnin son zamanlar gündəmə gəlməsinin də səbəbi var. Sübuta yetirildi ki, müxtəlif mərmilərin içərisinə həmin radioaktiv maddələri daxil etmək mümkündür. Bu mərmilər sadəcə kiçik əraziyə zərər vermir, eyni zamanda hava məkanında da çirklənmə yaradır, ekoloji fəsadlar törədir, insan dərisində reaksiyaya girərək, yanıqlara səbəb olur. Həqiqətən də ermənilər bu silahların hazırlanmasında AES-dən yararlanırlar. 4 günlük müharibə onu göstərdi ki, ermənilər AES-dən silah zavodu kimi yararlanırlar. Onlar bunu uzun illərdir gizlətsələr də artıq ortaya çıxdı. Lakin nə "Metsamor”, nə də digər silahlar Azərbaycanı öz torpaqları uğrunda mübarizədən çəkindirə bilməz. Belə düşünürəm ki, prezidentlərin növbəti görüşü sülh deyil, müharibə ehtimalını gücləndirəcək".
Musavat.com