"Mənə Rusiyanın Azərbaycana hələ də silah satdığını göstərən sənədləri göstərin”.
Bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin yerli jurnalistlərin "Rusiya niyə Azərbaycana silah satır" sualına cavabında bildirib.
Jurnalistlərin "bu o deməkdirmi ki, Rusiya artıq Azərbaycana silah satmır" sualına isə səfir belə cavab verib:"Rusiya Ermənistana da silah satır".
Ermənistanın Müdafiə naziri Seyran Ohanyan isə döyüş xəttində vəziyyətlə bağlı şərh verib. O deyib ki, vəziyyət nisbətən sakitdir, əlbəttə ki, atəş, pozuntular olur, ancaq onlara adekvat cavab verilir.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması barədə sualına cavab verərkən deyib ki, bu, kifayət qədər incə məsələdir.
Jurnalistlər soruşublar ki, rəsmi Yerevan niyə Qarabağı tanımaqdan çəkinir və o nədən qorxur. Nalbandyanın cavabı belə olub:
"Heç bir qorxu yoxdur, biz heç nədən qorxmuruq. Nəzərə alınmalıdır ki, bu, kifayət qədər incə məsələdir və burada təsadüfi, emosional yanaşmaya gərək yoxdur. Beynəlxalq ictimaiyyət bizim yanaşmamızı bölüşür və bizim mövqeyimiz beynəlxalq ictimaiyyətin mövqeyinə uyğundur. Beş həmsədr ölkənin başçısının Qarabağ məsələsinin nizamlanmasına dair bəyanatlarında da bu barədə deyilir. Siz bilirsiniz ki, Azərbaycan bugünə qədər də bu beş bəyanata istinad etməkdən yayınır? Halbuki bu beş bəyanat beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin nizamlanmasına dair mövqeyidir. Onu da xatırladım ki, bu günlərdə ABŞ, Fransa və Rusiya tərəfindən də kifayət qədər aydın bəyanatlar verilib və deyilib ki, danışıqların əsas məsələsi Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsidir."
Nalbandyana sual verilib ki, Ermənistan Qarabağı tanımaq məsələsini Rusiyanın təzyiqi ilə gündəlikdən çıxarıb. "Bu, boş söhbətdir," deyə o cavabında bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi hökumətin iclasında bəyənilsə də, parlamentə göndərilsə də, parlamentin gündəliyinə salınmayıb.
Erməni zabiti öldürən Azərbaycan hərbçisi Ramil Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya ediləndə də oxşar qanun parlamentin müzakirəsinə çıxarılmış, amma qəbul edilməmişdi.
Azadliq.org