Azərbaycan Xarici İşlər Nazirliyi də Stokholmda keçirilən "Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirməsinə münasibət bildirib.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, "Eurovision” müsabiqəsinin Azərbaycan üzrə Təşkilat Komitəsi məsələni araşdırır:
"Bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də araşdırılacaq. Daha sonra bununla bağlı müsabiqənin təşkilat komitəsinə müraciət ediləcək. Göründüyü kimi Ermənistan "Eurovision” mahnı yarışmasında da təxribata əl atıb. Mahnı müsabiqəsinin platformasından istifadə edərək Azərbaycanın işğal altındakı torpaqlarında elan edilən qondarma rejimi təşviq edir. Ermənistanın bu cəhdləri yarışmanın təməl prinsiplərinə, ideyalarına ziddir”.
Qeyd edək ki, faktla bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.
Ermənistanın yarışmada təmsilçisi olan İveta Mukuchyan isə bu addımı nədən atması ilə bağlı xarici jurnalistlərin suallarını belə cavablandırıb:
"Mən bu sualı gözləyirdim, lakin gəlin unutmayaq ki, mən öz ölkəmi təmsil edirəm və mənim hisslərim, ürəyimin hər anı ona həsr olunub. Mən bütün dünyaya bəyan etmək istəyirəm ki, öz sərhədlərimizdə ancaq sülh istəyirəm, Ermənistan sülh istəyir”.
Qafqazinfo.az