"Mitinqlə bağlı qanuna edilən dəyişikliyin hər kəsə faydası var”.
Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. O bildirib ki, bu dəyişiklikdə başqa nə isə axtarmaq lazım deyil:
"Qanun kiminsə xeyrinə təyin olunmur. Dəyişiklik olarkən, vətəndaşların xeyrinə olan addımlar atılır. Burada həftə sonu, yəni iş günü olmayan vaxtların da nəzərə alınması əsas gətirilərək bu cür düşünüldü. Qanunda sırf olaraq iş günündən söhbət getmir. Ona görə də hesab edirəm ki, bu məsələnin hüquqi baxımdan həyata keçirilməsinin hər kəs üçün faydası var”.