Gürcüstan parlamentinin üzvü: "Ermənilər rədd olsunlar"

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstan parlamentinin iclasında Axalkalakidən olan erməni deputat Samvel Petrosyan qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı təklif irəli sürüb. Erməni deputatın təklifi azərbaycanlı parlamentari Azər Süleymanovun etirazına səbəb olub. Həmyerlimiz çıxış edərək təxribata əl atan erməni həmkarını susdurub.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  açıqlamasında bildirib ki, erməni deputat Samvel Petrosyan indiki həssas məqamda qondarma "erməni soyqırımı” məsələsini gündəmə gətirməklə vəziyyəti daha da gərginləşdirmək niyyətindədir.

"Petrosyan çıxışında bildirdi ki, Türkiyə Gürcüstana da zərbə vurub. Guya Türkiyə vaxtilə Gürcüstanın torpaqlarını zəbt edib. Erməni deputat Rusiya-Türkiyə münasibətlərinin soyumasından istifadə edərək, bu məsələni Gürcüstan parlamentində qaldırmaq istədi. Görünür, o bu barədə kimdənsə sifariş alıb.

"Gürcü arzusu” partiyasından olan deputatlar etiraz etdilər ki, bu, provakasiyadır, Gürcüstanla Türkiyə dost və strateji ölkədir. Erməni deputatı mümkün qədər təxribata əl atıb, Türkiyə ilə Gürcüstab arasında konflikt yaramağa çalışırdı. Digər həmkarlarım kimi, mən də bu məsələyə etirazımı bildirdim, tarixi onlar xatırlatdım”.



A.Süleymanov qeyd edib ki, Qarabağdakı son məğlubiyyət ermənilərə pis təsir edib: "Azərbaycan ordusunun cəbhədəki qələbəsindən sonra ermənilər başlarını itiriblər. Bilmirlər ki, nədən söhbət açsınlar, nədən danışsınlar. Düşmən ona görə də Gürcüstanla Azərbaycan və Türkiyənin arasını vurmağa çalışır. Biz buna yol verə bilmərik. Gürcüstan artıq 20 il əvvəlki ölkə deyil. Kimsə burada təxribat törədə bilməz. Ötən gün parlamentin iclasında da dedim ki, ermənilər Gürcüstanın qanunları ilə yaşamaq istəyirlərsə, burada qala bilərlər. Əgər istəmirlərsə, rədd olsunlar Ermənistana”.
azvision.az