Gürcüstan prezidenti Georgi Marqvelaşvili 1915-ci il hadisələrinin 100-cü ildönümüilə bağlı 24 apreldə İrəvanda keçiriləcək tədbirlərdə iştirakdan imtina edib.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidentininbeynəlxalq məsələlər üzrə müşaviriTengiz Pxaladze bildirib.
Tengiz Pxaladze Gürcüstan prezidentinin bu qərarını həmin vaxt Belarus prezidenti Aleksandr Lukaşenkonun Tiflisə səfəri ilə izah edib. Gürcüstan hökumətinin üzvləri baş nazir İrakli Qaribaşvilinin də Ermənistana gedəcəyini təsdiq etməyiblər.
Gürcüstan parlamenti də 1915-ci il hadisələri iləbağlı məsələyə baxmaqdan imtina edib.Sözügedən qanun layihəsinin müəllifi erməni mənşəli deputat Samvel Petrosyan idi.
Müstəqil ekspertlər hesab edir ki, rəsmi Tiflis İrəvanda keçiriləcək tədbirlərdə yüksək səviyyədə təmsil olunmaqla Türkiyə və Azərbaycanla münasibətləri pisləşdirmək istəmir.