Bu gün ATӘT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda de-fakto rəhbərliklə görüşəcək".
Bu sözləri qrupun amerikalı həmsədri Ceyms Uorlik "twitter" hesabında yazıb. O, daha sonra həmsədrlərin təmas xəttini keçəcəklərini qeyd edib.
Xatırladaq ki, həmsədrlərin regiona səfəri ötən gün başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə görüşlərdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsinə gediblər. Həmsədrlərin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə görüşləri sabaha planlaşdırılır.