Ukraynanın Nikolaevsk Şəhər Şurasının "Müxalifət blok”undan olan deputatı Larisa Veselevskaya iki kişi tərəfindən döyülüb.
AzVision.azxəbər verir ki, bu barədə deputatın mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 14-də axşam saatlarında "Müxalifət blok”undan olan deputat Larisa Veselevskaya hücum olunub. Həmin vaxt Veselevskayanın üzərində olan əşyalardan heç nə götürülməyib. Bu isə cinayətin sifariş xarakterli olmasını göstərir”, - deyə məlumatda bildirilib.
Həmçinin vurğulanıb ki,deputatı döyən kişilər idmançı cüssəli olublar. Onlar xanım deputatın baş nahiyəsinə bir neçə zərbə endirib. Deputatın yerə yıxılmasına baxmayaraq, naməlum şəxslər ona zərbə endirməyə davam edib.
"Larisa Veselevskayanın "Müxalifət blok”undan olması və onun aktiv şəkildə iş aparmasını nəzərə alsaq, onda biz böyük ehtimalla bu cinayətin onun deputat fəaliyyəti ilə bağlı olduğunu bildirə bilərik”, - deyə partiyadan bildirilib.
Deputatın döyülməsi ilə bağlı cinayət işi açılıb,araşdırma aparılır.