Asiya və Afrika qitələrində iki milyarddan çox insan Zika virusuna yoluxmaq təhlükəsi ilə üz-üzədir.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata əsasən Hindistanda, İndoneziyada və Nigeriyada vəziyyət daha təhlükəli xarakter daşımağa başlayıb.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Braziliyada rast gəlinən bu virus hazırda dünyanın 65 ölkəsində yayılıb.