REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun məhkəməsi qeyri-müəyyən tarixədək təxirə salınıb.
Müsavatın başqan müavini Tofiq Yaqublunun AzNews.az-a verdiyi xəbərə görə, bu gün Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdən sonra hakimlər müşavirə üçün fasiləyə çıxıblar. fasilədən döndükdən sonra isə məhkəmənin təxirə salındığını bildiriblər.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.