İstanbulun sabiq polis rəisi Hüseyn Çapkın bu gün polis tərəfindən saxlanılıb.
Sabahinfo.az "Hürriyet”ə istinadən xəbər verir ki, Çapkın və daha 3 nəfər "Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı istintaq çərçivəsində İzmirin Çeşmə rayonunda şübhəli şəxs qismində saxlanılaraq İstanbula aparılıb.
Xatırladaq ki, İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu da həbs olunub.