İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 267 nəfərə çatıb.
Sabahinfo.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İtaliya Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloana Postilione deyib.
Onun sözlərinə görə, hazırda üç vilayətin xəstəxanalarında 378 nəfər müalicə alır: `Ölənlərin sayı artmaqda davam edir. Xilasedicilər dağıntılar altında qalmış meyitləri çıxarmağa davam edirlər`.