"Qeydiyyatdan keçən hər bir siyasi partiya əldə etdiyi vəsaitlər, ianələr barədə Mərkəzi Seçki Komissiyasına ildə bir dəfə hesabat verməlidir. Onlar gəlirlərin haradan gəlməsini və nəyə xərcləndiyini göstərməlidirlər”.
Sabahinfo.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, 14 siyasi partiyadan başqa yerdə qalanları bu günə qədər özlərinin maliyyə mənbələri haqqında məlumat vermir.
Komitə sədri hesabat verən bəzi partiyaları də tənqid edib:
"Məlumat verənlərin də çoxunda ağ bir kağızdır. Heç bir rəqəm göstərilməyib. Halbuki, siyasi partiya fəaliyyət göstərirsə, orada işçi çalışırsa, nəqliyyat və digər vasitələri varsa bəs niyə bu haqda bildirilmir? Sual olunur, bəs həmin partiyaların rəhbərliyi haradan əmək haqqı alır?! Heç bir şey göstərilmir”.
Siyavuş Novruzov bildirib ki, hesabatda hər bir şeyin dəqiqliklə qeyd olunması şəffaflığın göstəricisidir.
Xatırladaq ki, dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 4-üMərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatı təqdim verməyib.
Hesabat təqdim etməyən partiyalar Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasıdır.