Mağazalara saxta pul verən şəxs tutuldu

Bakıda saxta pulla alver edən şəxs yaxalanıb.


Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-də saat 03:20 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən olunaraq tutulub.

Araşdırmalar davam etdirilir.