Mərkəzi Bank 10 milyon dollar aldı

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Sabahinfo.az-a verilən məlumata görə, bu vəsaitdən 32,4 mln. dollar məbləğində vəsait 14 banka və 10 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.


İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.