Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandıb

Milli Məclisin növbəti plenar iclası aprelin 28-də keçiriləcək.


Sabahinfo.az xəbər verir ki, iclasın gündəliyinə 15- dən artıq məsələ daxil edilib. "Bələdiyyələrin etik davranış kodeksi haqqında” və " Kənd təsərrüfatı informasiya təminatı haqqında” qanun layihələri plenar iclasda ikinci oxunuşda müzakirə ediləcək. O cümlədən Müdafiə və təhlükəsizlik komitəsi tərəfindən Milli Məclisin plenar iclasına təqdim edilmiş " Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik ediləcək.