Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Elşən Həsənov qurumdan istefa verib.
Sabahinfo.az xəbər verir ki, bu barədəAzNews.az-a onun özü məlumat verib. Bildirib ki, bundan sonra siyasi fəaliyyətini "Ağ blok”da davam etdirəcək.
Müsavat Partiyasının başqan müavini, Divan üzvü Səxavət SoltanlıAzNews.az-a açıqlamasında müsavatçı kimi yolunu davam etdirə bilməyənlərin halına üzüldüyünü bildirib:"Şəxsən məni indi partiyamıza yeni gələn onlarla yeni üzv daha çox maraqlandırır. Mən onu da başa düşürəm ki, müsavatçı kimi qalmaq, mübarizə aparmaq çətindir. Siyasi fəaliyyət könüllülüklə olan işdir. Kimin könlü harada, necə fəaliyyət göstərmək və ya göstərməmək istəyirsə, ona uğurlar”.
Qeyd edək ki, mayın 11-də 9, ondan əvvəl isə 7 üzv Müsavat Partiyası sıralarını tərk edib. Onlar buna səbəb olaraq Müsavat Partiyasında aparılan siyasətin müsavatçılıq ideologiyasına zidd olduğunu bildiriblər.