"Mən Müsavat Partiyasından qurultaydan öncə ayrılacağam”.
Sabahinfo.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Ağ blok”un həmsədri Tural Abbaslı deyib. O, qeyd edib ki, görə, yaxın günlərdə qurultay keçiriləcək və "Ağ blok” partiyaya çevriləcək. "Müsavat partiyasından neçə nəfər ayrılacaq” sualına T.Abbaslının cavabı belə olub:"Bizim məqsədimiz Müsavatdan daha çox adam çıxartmaq və ya onun bazasında partiya yaratmaq deyil. Odur ki, bu məsələdə statistika aparmırıq. Həm də bəri başdan quracağımız partiyanın belə mövzularla gündəmdə olmasını istəmirik. Məqsədimiz hansısa partiyanı zəiflətmək və ya elektoratını parçalamaq deyil. "Ağ blok” namizədlərin yaratdığı seçki bloku idi. Yəni, burada üzvlük anlayışı ancaq namizədlərə aid idi”.
T.Abbaslı vurğulayıb ki, yaratdığı Ağ Partiyaya neçə müsavatçının, YAP-çının və ya cəbhəçinin gələcəyini isə zaman göstərəcək.
Qeyd edək ki, "Ağ blok” özünün ilk qurultayını mayın 29-da keçirməyi planlaşdırıb.